Kateqoriyasız

“Fiorentina” “Roma”nı məğlub etdi – VİDEO

İtaliya A Seriyasında 36-cı tura yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, turun son matçında “Roma” səfərdə “Fiorentina”nın qonağı olub. Qarşılaşma Florensiya təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

Xallarını 59-a yüksəldən “Fiorentina” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Eyni sayda xal toplayan “Roma” isə 6-cı yerdədir.

“Fiorentina” – “Roma” 2:0

Qollar: Nikolas Qonzales, 5 (pen), Bonaventura, 11

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43