Dünyadan

FLAŞ! “Mançester Yunayted” “Qalatasaray”ın ulduz futbolçusunu transferini bitirdi

“Qalatasaray”ın ulduz futbolçusu Uesli Sneyder yeni mövsümdən etibarən “Mançester Yunayted”in şərəfini qoruyacaq.

İdmanxeber.com-un məlumatına görə, belə bir iddianı İngiltərə mətbuatı yayıb. 

Britaniya mətbuatına inansaq “Qırmızı şeytanlar” hollandiyalı oyunçunun transferini demək olar ki, bitirib. 

Hətta klubun idman direktoru Bülent Tulun açıqlamasında Mançester klubunun onlara rəsmi də olmasa müraciət etdiyini bildirib:

“Mançester Yunayted” bizə bir dəfə Sneyder transferi ilə bağlı müraciət etdi. Ancaq bu rəsmi deyildi. Hər şeyə rəğmən biz bu təklifi rədd etdik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43