Kateqoriyasız

Flavinyo: “İstəmirəm bu komandaya təzyiq olsun, ancaq…”

"Çox ağır oyun oldu, yaxşı oynamadıq. Bəzi anlarda yaxşı olduq, amma ümümilikdə yaxşı deyildik. Burda oynamaq mənim üçün həmişə çətin olur, həmçinin də nəfəs ala bilmirəm. Qələbə qazanmağımızın əsas səbəbi keyfiyyətimiz idi. "Qəbələ"nin şansı daha çox oldu, biz isə əlimizə düşən şanslardan daha yaxşı istifadə etdik."

Bu sözləri “Qəbələ”ni 3:1 hesabı ilə məğlub edən “Neftçi” klubunun futbolçusu Flavinyo İdmanxeber.com-a danışarkən deyib:

-Bu mövsüm "Qəbələ" ilə matçlar az qollu keçirdi, bu oyunda isə 4 qol oldu. Bu barədə…

– Komandalar axırıncı oyunlardan sonra çox dəyişiblər, əvvəllər bizi daha çox bağlayırdılar, amma bu dəfə daha açıq oynadılar.

-Qarşıda "Qarabağ"la oyun gəlir, fikirlərin.

– "Qarabağ"ın bu gün hansı nəticəni aldığını bilmirəm amma 10 xal geridəyik, istəmirəm bu komandaya təziq olsun ancaq aramızdakı xal fərqimiz çoxdur. "Qarabağ"la matçda qələbə qazanmaq lazımdır ki, çempionat daha maraqlı keçsin. Mən inanmıram ki, "Qarabağ" 3 -4 oyun məğlub olsun.

-Flavinyo "Qarabağ"ı artıq çempion kimi görür?

– Yox. "İnter" onlara çox yaxındır. Bizim üçün də şans var idi amma AZAL-la matçda məğlub olduq və şanslarımız azaldı. Biz son görüşlərdə 4 xal itirmişik, "Qarabağ" isə bütün görüşlərdə qələbə qazanıb. Ona görə də oyunumuzu oynayıb "İnter"i keçməyə çalışmalıyıq.

-"Neftçi" "Qarabağ"ı məğlub etməklə yenidən çempionluq mübarizəsinə girə bilərmi?

– Mübarizəyə qoşula bilərik, ancaq 10 xal çox böyük fərqdir.

-Flavinyonun fikirincə hansı komanda çempionluğa layiq oyun göstərir?

-“Neftçi”də oynaya- oynaya mən deyə bilmərəm ki, hansısa komanda çempionluğa layiqdi.

-Flavinyo artıq 5 ildir ki, Azərbaycandadır. Düşünürsənmi ki, bu ilki çempionat digərlərindən səviyyəcə aşağıdır.

-Fikrimcə ən pis hallardan biri “Araz Naxçıvan”ın çempionatdan çıxması oldu. Deyilənə görə gələn il komanda sayı 12 olacaq. Belə daha yaxşı olar. Amma bu 5 il ərzində irəliləyişlər də olub, yerli futbolçuların səviyyəsi artıb, milli də daha yaxşı oyun sərgiləyir.

-“Araz Naxçıvan”ın çempionatdan çıxması ən çox “Neftçi”yə yaradı. Çünki səfərdə məğlub olmuşduz, Naxçıvan Liqanı tərk etdiyində isə “Qarabağ”la xal fərqiniz 3 xal azaldı.

– Düzdür əvvəldə xeyir etdi, amma sonradan xal itirdik.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43