Kateqoriyasız

Frankfurtdan Bakıya gəlmək üçün iki paket: alman fanatlar əl-ayağa düşdü

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"la qarşılaşacaq Almaniyanın "Ayntraxt" klubu Bakıda dəstəksiz qalmayacaq.

İdmanxeber.com-un xəbərinə görə, Almaniyanın "Travel GmbH" şirkəti Ağdam klubu ilə avqustun 22-də, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək oyunu canlı izəmək üçün iki paket hazırlayıb. Belə ki, ilk paket oyundan bir gün öncə klubla birgə Azərbaycana gəlmək, həmin gecənin otel, nəqliyyat və bilet pulu, o cümlədən viza xərcləri və yenidən Almaniyaya qayıtmaq üçün biletin verilməsi cəmi 990 avro təşkil edir. Alman fanatlar daha az xərcə düşmək üçün ikinci paketdən istifadə edəcəkləri gözlənilir. Belə ki, oyun günü səhər sözügedən ölkədən Azərbaycana gəlmək, stadion, bilet və qayıtmaq hamısı birgə 690 avro xərcləməli olacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43