Kateqoriyasız

“Frayburq” – “Qarabağ”: KİMƏ GÜVƏNİRLƏR?

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində təmsilçimiz “Qarabağ” səfərdə “Frayburq”un qonağı olacaq.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun almanlarla görüşü üçün bukmeker kontorları əmsalları açıqlayıb.

G qrupunda qərarlaşan komandaların Almaniyadakı duelinin favoriti “Frayburq”du. Belə ki, kontorlar bu görüşdə meydan sahibinə 1.43 əmsal açıb. Oyunun heç-heçəsinə 5.15, “Qarabağ”ın qələbəsi isə 7.90 verilib.

Qeyd edək ki, sentyabrın 8-də keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43