Kateqoriyasız

Futbol məşqçisi həbs olundu – Orduya dəstək yürüşünə görə

İyulun 15-də orduya dəstək yürüşü zamanı həbs olunanlardan biri futbol məşqçisi, idman camiəsinə yaxşı tanış olan Mehdi İbrahimovdu.

O, yürüşdən sonra, səhərə yaxın polislər tərəfindən saxlanılıb və 38-ci polis bölməsinə aparılıb. Mehdiyə Cinayət Məcəlləsinin 139.1.1 maddəsi ilə iş açılıb.

Dünən İbrahimovun ailəsinə onun koronavirusa yoluxduğu və vəziyyətinin ağır olduğu barədə məlumat verilib.

Mehdi İbrahimovun yaxınları onun heç bir siyasi məqsədinin olmadığını bildirir. O, sadəcə, polisin müdaxilə etmədiyini görüb, orduya dəstək məqsədilə yürüşə qatılıb.

Son məlumata görə, Mehdi İbrahimov barədə 3 aylıq həbs qətimkan tədbiri seçilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43