Ölkə futbolu

“Futbolçularda məyusluq var idi” – Qurban Qurbanov

“Qələbəni yaxşı oyunla qazandıq. Futbolçularım səbrlə və düzgün oyun nizam-intizamlı oyunla matçı başa vurdu. Futbolçularım layiqli qələbə qazandı”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Keşlə” ilə oyundan (6:1) sonra deyib.

Təcrübəli çalışdırıcı daha sonra sözlərinə belə davam edib:

“Hər bir qələbə mənə və futbolçuıara böyük inam verir. “Villyareal”la səfər oyunundan somra futbolçularda üzgünlük var idi. Çətin səfər oyunundan sonra bugünkü qələbə vacib idi”.

Qurbanov Xayme Romeronun zədəsi iıə bağlı danışıb:

“Xayme məşqdə yüngül zədələndi və onun adını “18”likdən çıxartdıq. Sabah dəqiq bilinəcək durumu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43