Ölkə futbolu

“Futbolçularımızın gücü ortadadır” – (SORĞU)

Milli komandamız AVRO 2020-nin seçmə mərhələsinin E qrupunda Xorvatiya, Macarıstan, Slovakiya və Uels yığmaları ilə mübarizə aparacaq. Püşkatmadan sonra  milli komandamızın seçmə mərhələdəkı çıxışı ilə bağlı müəyyən fikirlər səslənir. Kimiz komandamıızn heç bir şansının olmadığını, kimisi isə ümumiyyətlə turniri xalsız başa vuracağımızı düşünür. Bəs görəsən idman mətbuatının bəzi təcrübəli jurnalistləri milli komandanın şansları ilə bağlı nə düşünür ? İdmanxeber.az-ın jurnalistlər arasında keçirdiyi sorğunu təqdim edirik:

Kənan Məstalıyev (Rekord.az): “Azərbaycan milli komandası AÇ final mərhələsinə çığmağa şansı olan komandalardan deyil. Bizim bu qrupdan çıxmaq şansımız maksimum 10 faizdir. Hazırkı mərhələdə bu faizin dəyişəcəyini düşünmürəm. Bəli, futbolda hər şey olur. Ancaq reallıq başqa bir şeydir. Məncə, biz bu mərhələdə AVRO 2020-dən daha çox növbəti ildə keçiriləcək Millətlər Liqası üçün hazırlanmalıyıq. Qurban Qurbanov bu qrup mərhələsində biraz daha təcrübə toplamalı və öz komandasını formalaşdırmalıdır. Qrupdan çıxacağımızı düşünmürəm. Ancaq hər seçmə mərhələdəki kimi yenə bir komandaya badalaq vuracağımıza inanıram. Düşünürəm ki, bu qrup mərhələsində maksimum 10 xal yığa bilərik”.

Ceyhun Əliyev (Sport24.az): “Bu seçmə mərhələyə keçid mərhələsi kimi yanaşmaq lazımdır. Daha çox gənclərə şans verilməlidir. Söhbət U-21 millidə olan və eyni zamanda 23-24 yaşlı futbolçulardan gedir. Çünki biz artıq  bəzi veteran futbolçuların qabında olanları görümüşük. Bu milli komandanın Malta ilə bacarmadığının şahidi olduq. Ümumiyyətlə, hər kəsi bu mərhələdən hər hansı bir nəticə gözləməməyə çağırıram. Necə ki, qruplara 5-ci səbətdən qatılmışıq turnir cədvəlində də 5-cidən yuxarı qalxa bilməyəcəyik. Ancaq bir daha qeyd edirəm ki, ilk öncə gənclərə şans verilməlidir. Bunlardan Abbas Hüseynov , Mirabdulla Abbasov, Hacağa Hacılı, Rahil Məmmədovun adını çəkə bilərəm. Bundan başqa Emin Mahmudovun da milli vaxtının yetişdiyini düşünürəm.  Məqsəd gənclərə yer vermək olmalıdır. Təbii ki, müəyyən təcrübəli futbolçular da qala bilər. Ancaq açığı deyim ki, ciddi nəticə gözləmirəm. Qrupdakı 4 rəqibin hamısı bizə 6 xal kimi baxır. Və buna da haqqları çatır”.

Elçin Cəlilov (Futbollpress.az): “Millinin hər hansı bir şansı olduğunu söyləmək üçün möcüzələrə əsaslanmalıyıq. Bunun məntiqdən heç bir əsası yoxdur. Millətlər Liqasında heçnə edə bilməyən yığma komandanın seçmə mərhələdə nəsə edəcəyini düşünmək doğru olmaz. Eyni zamanda indiyə qədər olan proseslər onu göstərir ki, millidə lazım olan islahatlar hələdə istənilən səviyyədə deyil. Buna mane olan qüvvələr var. Məhz bu qüvvələr bu prosesin sürətlənməsinə izin vermir. Nə qədər ki, radikal qərarlar verilib, inkişaf proqramları hazırlanmayıb Azərbaycan millisinin hər hansı bir turnirdə nə edəcəyini proqnoz vermək mənim üçün çətindir. Əgər söhbət hərhansı bir klubdan getsəydi o zaman iş dəyişərdi. Edilə biləcək yeni transferlərdən sonra nəticəyə ümid etmək olardı. Ancaq milli komanda klub deyil. Millli komanda daxili futbolçuların gücünə oynayır. Futbolçularımızın gücü isə ortadadır”.

Ramiz Mirzəzadə (İdman Azərbaycan): ” Hazırki vəziyyətdə milli barəsində müsbət heçnə düşünmək olmur. Ancaq qrupdakı rəqiblərimizə nəzər yetirsək Xorvatiyanı çıxsaq digərləri ilə az-çox oynamaq olar. Ancaq onlarında həmin vaxt vəziyyətlərinin necə olacağını demək çox çətindir. Məncə, milli komandadan bu seçmə mərhələdə də nəsə gözləməyək. Düşünürəm ki, qrup mərhələsini sonuncu pillədə başa vuracayıq. Milli komandamızın aldığı nəticələr baxsaq heyətə əl gəzdirilməli olduğunun şahidi olarıq. Bu seçmə mərhələdə müəyyən qədər gənc oyunçulara şans verilməlidir”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43