Dünya futbolu

Futbolun zirvəsində ləkəli işlər: Korrupsiya və rüşvətxorluq

İngiltərənin nüfuzlu “Football Leakes” agentliyi gündəmi sarsacaq önəmli sənədlər dərc edib. Belə ki, agentlik “Futbolun zirvəsindəki ləkələr” başlıqlı yazıda UEFA rəhbərliyinin və siyasi liderlərin futbolda korrupsiya və rüşvətxorluq etdiyi yönündə məqalə yayımlayıb.

Yazıda FİFA-nın prezidenti olan İnfantinonun  “M.Siti” və PSJ-dən külli miqdarda rüşvət aldığı bildirilib. Səbəb kimi isə hər iki klubun maliyyə feyr-pley qaydalarına riayyət etmədiyindən cəza almamaları üçün bunu etdikləri qeyd edilib.

Daha bir sensasyon iddia isə Fransa prezidenti Nikola Sarkozi barəsindədi. Belə ki, agentlik dünya çempionatının Qətərə verilməsində Fransa prezidentinin böyük rolu olduğunu açıqlayıb. Bunun qarşılığında isə Fransa ilə Qətər arasında müxtəlif sazişlər imzalandığı bildirlib. Xəbərdə Qətər mundialı aldığı üçün Sarkozinin şəxsi hesabına külli miqdarda vəsaitin köçürüldüyünü də qeyd edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43