İdman

Futzal üzrə Avropa çempionatında yığmamızın rəqibləri müəyyənləşdi

Futzal üzrə 2018-ci ildə keçiriləcək dünya çempionatının ilkin və əsas mərhələlərinin püşkü atılıb.

İdmanxeber.com xəbər verir ki, ilkin mərhələdə mübarizə aparacaq komandalar 7 qrupa bölünüb.

5 qrupda 4, 2 qrupda isə 3 yığma çıxış edəcək. Mərhələnin oyunları 2017-ci ildə 23 yanvar – 1 fevral tarixində keçiriləcək.

A qrupu B qrupu C qrupu D qrupu E qrupu F qrupu G qrupu
Gürcüstan Yunanıstan Latviya İngiltərə Norveç Fransa İsveç
İsveçrə Moldova Ermənistan Bolqarıstan Kosova Andorra Monteneqro
İsrail Uels Estoniya Albaniya Kipr Litva Cəbəllütariq
Şotlandiya San Marino Almaniya Malta Kosova

Hər qrupda birinci yeri tutacaq komandalar Azərbaycanın da qoşulacağı əsas mərhələyə vəsiqə qazanacaqlar. Bu mərhələdə 28 komanda çıxış edəcək. Onlardan 7-si ilkin mərhələdən gələn, 21-i isə birbaşa əsas mərhələdən mübarizə qoşulan komandalar olacaq. Mərhələnin sonunda hər qrupun birinci və ikinci yeri və ən yaxşı üçüncü yerin sahibi növbəti mərhələdə iştirak hüququ qazanacaq. 

Əsas mərhələ

1-ci qrup 2-ci qrup 3-cü  qrup 4-cü qrup 5-ci qrup 6-cı qrup 7-ci qrup
İtaliya Azərbaycan Ukrayna Portuqaliya İspaniya Qazaxıstan Rusiya
Hollandiya Macarıstan Xorvatiya Rumıniya Serbiya Çexiya Slovakiya
Belarus Bosniya və Herseqovina Belçika Finlandiya Polşa Makedoniya Türkiyə
A-1 D-1 G-1 C-1 B-1 E-1 F-1

Qeyd edək ki, 2-ci qrupun oyunları Azərbaycanda keçiriləcək. (report)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43