Kateqoriyasız

Gəncədən “Qarabağ”a bəd xəbər gəldi

Azərbaycan Premyer Liqasının 29-cu turunda keçirilən “Qarabağ” – “Kəpəz” matçında zədələnən Namiq Ələsgərov iki həftəlik sıradan çıxıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisinə qarşı oyunu sonadək davam etidrə bilməyib əvəzlənən yarımmüdafiəçinin vəziyyətinə müayinədən sonra aydınlıq gəlib.

Əzələsi dartılan futbolçu aprelin sonlarına kimi Gəncə klubuna kömək edə bilməyəcək.

Qeyd edək ki, Namiq Ələsgərov “Qarabağ”ın futbolçusudu. O, mövsümün sonunda icarə əsasında çıxış etdiyi “Kəpəz”dən ayrılaraq “Qarabağ”a dönəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43