Kateqoriyasız

Nani “Fənərbağça”dan gedir: “Orada yarımçıq qalmış işim var”

“Fənərbağça”nın aparıcı üzvü Luis Nani kareyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyir. 

İdmanxeber.com-un məlumatına görə, portuqaliyalı futbolçu “Sunday Times”ə açıqlamasında Premyer Liqa klublarından təklif gələcəyi “Fənərbağça”dan ayrıla biləcəyini gizlətməyib:

“İngiltərədə yarımçıq qalmış işim var. Dünyanın ən yaxşı çempionatlarındna biri olan Premyer Liqada yenidən oynamaq, şans qazanmağı çox istəyirəm. Bu fürsət gələrsə dəyərləndirəcəm”.

Qeyd edək ki, Naninin meneceri Pastorelli mövsümün sonunda futbolçunun “Fənər”də ayrıla biləcəyini açıqlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43