Dünyadan

“Lester” üçün müəyyən və qeyri-müəyyən

İngiltərə Premyer Liqasının lideri “Lester Siti”nin növbəti mövsümdən Çempionlar Liqasında oynayacaqı dəqiqləşib.

İdmanxeber.com-un məlumatına görə, Premyer Liqada debüt ilindəcə ilk pillədə qərarlaşan komanda sona 5 tur qalmış mövsümü ÇL-ə vəsiqə verən ilk “4-lük”də bitirəcəyi rəsmiləşib. Premyer Liqanın lideri turnir cədvəlinin 5-ci pilləsində qərarlaşmış “Mançester Yunayted”i 19 xal qabaqlayır. “Qırmızı şeytanlar” qalan oyunların hamısında qalib gəlsə belə, “Lester Siti”yə çata bilməyəcək.

“Lester” əgər son 5 matçının 3-də qalib gəlsə çempion olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43