Kateqoriyasız

Gerye və Mustivar üçün bir xal

“Neftçi”nin futbolçuları – Soni Mustivar və Donald Gerye Haiti millisinin heyətində növbəti oyunu keçiriblər.

Onlar KONKAKAF Milli Liqası çərçivəsində baş tutan Kosta Rika – Haiti matçının (1:1) start heyətində meydana çıxıb. Gerye sonadək mübarizə aparıb, Mustivar isə 64-cü dəqiqədə əvəzlənib. 27-ci dəqiqədə qapısında qol görən qonaqlar 38-ci dəqiqədə Nazonun vurduğu penalti zərbəsi ilə hesabı bərabərləşdiriblər.

Mustivar Haiti millisinin heyətində 19 oyunda 2, Gerye isə 47 oyunda 11 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43