Kateqoriyasız

“Google”də ən çox axtarılan futbolçu kimdi?: Messi, yoxsa Ronaldo? (XƏRİTƏ)

Sabah hamının səbrsizliklə gözlədiyi "Real" və "Barselona" komandaları arasında baş tutacaq "El Klasiko"ya 24 saatdan bir qədər artıq vaxt qaldı.

İdmanxeber.com-un məlumatına görə, bu təkcə "Real" – "Barsa" mübarizəsi kimi yox, həm də Ronaldo – Messi duellosu kimi böyük maraqla gözlənilir. 

"El Klasiko"dan öncə şirkətlərdən biri maraqlı addımla diqqət mərkəzinə düşüb. Belə ki, şirkət  "Google"də bu iki futbolçudan hansının adının daha çox axtarışa verildiyini əks etdirən dünya xəritəsini tərtib edib. Həmin xəritədə Azərbaycan da yer alıb. Ölkəmizdə Ronaldo Messidən daha çox axtarılıb.

Aşağıdakı xəritənin üzərinə tıklamaqla dünyada Messi və Ronaldonun hansı ölkələrdə daha çox axtarışa verildiyinin şahidi ola bilərsiniz.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43