Ölkə futbolu

Gündüz Abbaszadə: “Hələ bilinmir”

Premyer Liqanın VIII turu çərçivəsində öz meydanında "Qarabağ"la qarşılaşacaq "Neftçi" sözügedən oyunun hazırlıqlarına start verib.

Paytaxt klubunda derbi öncəsi ciddi itki yoxdu. Bu barədə idmanxeber.com-a “Neftçi” klubunun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə deyib.

Paytaxt klubunun rəsmisi bildirib ki, yalnız Bahodir Nasimov zədəlidi və onun oyun gününə kimi sağalıb-sağalmayacağı sual altındadı.

"Hələ heç nə məlum deyil. Nasimovun "Qarabağ"la oyunda oynayıb-oynamayacağı bilinmir. Nasimovdan başqa heç bir itkimiz yoxdu. Bertuççi və Ramos da artıq sıraya dönüb".

Qeyd edək ki, sözügedən qarşılaşma sentyabrın 28-də, "Bakcell Arena"da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43