İdman

Gürcü jurnalist Qurban Qurbanova çaxır hədiyyə etdi

Sabah Çempionlar Liqası II təsnifat mərhələsi çərçivəsində “Qarabağ” – “Samtredia” ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, oyundan qabaq “Azersun Arena”da keçirilən mətbuat konfransında maraqlı hadisə yaşanıb.

Bakıya qonaq gələn gürcü jurnalist Tengiz Paçkolia Qurban Qurbanova hədiyyə edib. O, suvenirlər və çaxır hədiyyə edib.

Qurban Qurbanov buna görə jurnalistə təşəkkür edib, ancaq spirtli içkilər qəbul etmədiyini qeyd edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43