Kateqoriyasız

Gürcüstan klubunu “yıxan adam”: “Qəbələ”də çıxışımın belə davam etməsini istəyirəm”

“Qəbələ”də ilk oyunum mənim üçün uğurlu oldu. Buna çox sevinirəm və belə davam etməsini istəyirəm”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Teo Uiks klubun rəsmi saytına  bildirib.

26 yaşlı legioner “qırmızı-qaralar”ın tarixinə həm ilk liberiyalı, həm də avrokuboklardakı ilk het-trikin müəllifi kimi düşüb.

“Samtredia” ilə matçda 3 qol vurub, 1 məhsuldar ötürmə verən Uiks matçın nəticəsini gözləmədiyini bildirib:

“Qarşılaşmadan öncə qələbə qazanacağımıza inansam da, hesabın belə olacağını və özümün 3 qol vuracağımı gözləmirdim. Çünki rəqibimiz də güclü komandadır. Matçdan öncə şanslar da bərabər qiymətləndirilirdi. Lakin biz bu görüşdə daha yaxşı oynayıb, qalib gəldik. Üç qol vurmağa nail oldum ki, bu da karyeramda ilk het-trikdir. Mənim bu uğurum bütün komandanın əməyidir. Qollarımda və qələbəmizdə komanda yoldaşlarımın böyük rolu oldu”.

Uiks bu ay keçdiyi “Qəbələ”yə uyğunlaşması və “Samtredia” ilə cavab oyunu haqda da fikirlərini bildirib:

“Qəbələ”yə gəldiyim ilk gündən komandaya uyğunlaşmağa, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirməyə çalışıram. Bunlar da adaptasiyaya müsbət təsir edir. İlk qarşılaşmada yaxşı oynayıb, nəticə qazansaq da, qarşıda səfər oyunu da var. Bu matçın da çətin olacağını bilirik. Həmin oyuna da ciddi yanaşıb, bütün görüşlərə olduğu kimi hazırlaşacağıq”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43