Ölkə futbolu

“Hədəfimiz hər oyunda uduzmamaqdır” – Ayxan Abbasov

“Səfərdə qələbə qazanmaq möhtəşəm idi. Ötən tur biz də məğlub olmuşduq, “Sabah” da. Bilirdik ki, rəqib ardıcıl iki oyunda məğlub olmaq istəmir. Bu gün futbolçularım soyuqqanlı oynadılar. Bir daha əmin olduq ki, çempionat gərgin keçəcək”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 5-ci turunda səfərdə “Sabah”ı 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

O, daha sonra komandanin hədəfləri haqqında danışıb:

“Bizim hədəfimiz böyükdür. Hədəf odur ki, “Turan Tovuz”u iddialı edək. İddialı olmaq üçün bir il kifayət deyil. Azərbaycanda hamı avrokuboklara getmək istəyir. Bu gün 6-7 transfer edib elə bilirik ki, hazırıq. Ehtiram Quliyev bildirib ki, biz klub olmaq istəyirik. Klub olmaq üçün bütün sahələr inkişaf etməlidir. Hədəfimiz hər oyunda uduzmamaqdır. Reallıqlar var. Oturuşmuş komandalar avrokuboklar uğrunda oynayırsa, bizim bu gün bunu deməyimiz düzgün olmaz”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43