Ölkə futbolu

“Sabah” “Turan Tovuz”a məğlub oldu – YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında 5-ci tura start verilib 

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə 1 görüş keçirilib. “Sabah” doğma meydanda “Turan Tovuz”la qarşılaşıb. Görüş gözlənilməz nəticə ilə bitib.Tovuz klubu matçdan 3:0 hesablı qələbə ilə ayrılıb.

Bu qələbənin ardından “Turan Tovuz” beş oyundan sonra 9 xalla ikinci pilləyə yüksəlib. Bir oyunu əskik “Sabah” isə 4 xalla 6-cı sırada qərarlaşıb.

Qeyd edək ki, turun digər matçları 2 və 3 sentyabr tarixlərində oynanılacaq.

1 sentyabr (cümə)

19:00. “Sabah” – “Turan Tovuz” 0:3

Qollar: Roderik Miller, 19, Şəhriyar Əliyev, 55, Belajdi Pusi, 78
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Emin Cəfərov
“Bank Respublika Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43