Dünya futbolu

“Hər şeyin öhdəsindən gəlməliyik” – Alleqri

“Yuventus” A Seriyasının 24-cü turunda “Torino” klubunu qəbul edib.

İdmanxeber.az-ın məlumatına görə, oyun ev sahibi komandanın 4:2 hesablı qələbəsi sona çatıb. “Yuventusun” baş məşqçisi Massimiliano Alleqri matç sonrası fikirlərini bildirib:

“Oyunçular həqiqətən çətin rəqibə qarşı yaxşı oyun keçirdilər. Layiqli qələbə qazandıq. Dördüncü yerdən hələ də 10 xal uzağıq. Bu, heç də az deyil. Hə rşeyin öhdəsindən gəlməliyik”.

Xatırladaq ki, maliyyə fırıldaqlığına görə Turin klubunun 15 xalı silinib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43