Ölkə futbolu

Hafiz Məmmədov “Atletiko”nun avtobusunu Azərbaycan klubuna bağışladı – FOTO

“Lans” və “Bakı”nın sahibi Hafiz Məmmədov “Zirə”ni diqqətindən kənar qoymur.

İdmanxeber.com-un məlumatına görə, özü çətin vəziyyətdə olmasına rəğmən, ünlü iş adamı I Divizionda ilk sezonunu keçirən kluba növbəti hədiyyəsini edib. O, “Volkswagen” markalı avtobusu Bakıətrafı qəsəbə təmsilçisinə bağışlayıb. Hansı ki, həmin lyuks nəqliyyat vasitəsi yalnız “Atletiko” Azərbaycana gələndə istifadə olunub.

Bu, H.Məmmədovun “Zirə”yə üçüncü jestidi. Klub yarandığı ilk aylarda bir neçə futbolçunun pulsuz keçidinə icazə verən maqnat həmçinin əvəzedici heyətə məxsus “Daewoo” markalı avtobusu da debütanta bağışlamışdı. Düzdü, bu zaman bəzi süni çətinliklər yaranmışdı.

Məmmədovun göstərişinə rəğmən, “Bakı” rəsmilərindən biri bu işi əngəlləməyə və bununla da, prezidentini pis duruma salmağa çalışmışdı. Lakin Hafiz bəyin qardaşı, vitse-prezident postundan istefa vermiş Zeynal Məmmədovun səyi nəticəsində problem həllini tapmışdı.(sportinfo.az)



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43