Dünyadan

Hafiz Məmmədovun klubu FFF-nin “hə”sini aldı

Azərbaycanlı iş adamı və “Bakı” futbol klubunun başqanı Hafiz Məmmədovun sahibi olduğu “Lans” klubunun yeni mövsümdən Fransa yüksək liqasında iştirakı rəsmiləşib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə qərarı Fransa Futbol Federasiyasının (FFF) İcraiyyə Komitəsi qəbul edib.

FFF Fransa Milli Olimpiya və İdman Komitəsinin (CNOSF) iyulun 25-də “sarı-qırmızılar”ın Fransa yüksək liqasına buraxılması ilə bağlı qərarını təsdiqləyib.  “Lans” rəhbərliyi də qərarın uzun və çətin intizardan sonra qəbul olunduğunu vurğulayaraq, komandaya dəstək olan hər kəsə minnətdarlığını bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43