Kateqoriyasız

“Hakim çalışırdı ki, “Neftçi” qalib gəlsin, ancaq biz 10 nəfərlə də qalsaq qisasımızı aldıq”

“Əziyyət çəkdik. Əziyyətimizin bəhrəsini gördük. Hakim çalışırdı ki, “Neftçi” qalib gəlsin. Ancaq kim nə edir etsin, biz yenə həmin klubu məğlub edərik”.

Bu sözləri idmanxeber.com saytına açıqlamasında “Xəzər Lənkəran”ın futbolçusu Ağabala Ramazanov deyib.

Cənub klubunun hücumçusu qələbəni şərh edərkəndaha sonra bunları deyib:

“Biz “Neftçi”dən 10 nəfərlə qisasımızı aldıq. Bundan sonra bütün diqqətimizi çempionat oyunlarına kökləyəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43