Ölkə futbolu

Hakimi vurdu bir il cəza aldı – Azərbaycanda

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futzal üzrə Azərbaycan kubokunun 1/32 final mərhələsinin “Standard” – “Star Karqo” matçının 30-cu dəqiqəsində “Standard”ın futbolçusu Samir Həsənov aqressiv davranış, hakimi təhqir, hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə  qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 12 ay müddətinə yarışlardan kənarlaşdırılıb.

Oyunun 38-ci dəqiqəsində isə “Star Karqo” klubunun futbolçusu Mahmud Novruzov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43