İdman

Hakimlər “Kəpəz”in futbolçularını qaydalarla tanış etdilər

Antalyada təlim-məşq toplanışında olan “Kəpəz”in əsas komandasının üzvləri üçün hakimlər tərəfindən seminar keçirilib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, seminarda eyni məqsədlə Türkiyədə olan ədalət təmsilçilərindən baş hakim İnqilab Məmmədov və yan xətt hakimi Mübariz Haşımov iştirak edib. 
Onlar oyun qaydaları barədə ətraflı məlumatlar verərək, iştirakçıları maraqlandıran sualları cavablandırıblar. Mübahisə doğuran müxtəlif oyun epizodları ilə bağlı müzakirələr aparılıb.  



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43