İdman

Riçard Almeyda “Bursaspor”a keçir

“Bursaspor” “Qarabağ”ın əsas heyət üzvü Riçard Almeydanı sıralarına qatmağa yaxındı.

İdmanxeber.com-un “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, tərəflər arasında artıq razılıq da əldə olunub. Məlumatda Bursa təmsilçisinin yaxın zamanlarda transferi rəsmən açıqlayacağı bildirilib.

Qeyd edək ki, Türkiyə Superliqası təmsilçisi “Bursaspor”un R.Almeydanı icarə əsasında heyətinə qatacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43