Layihə

Hakimlərimizin 2017-ci ildəki “şou”su (LAYİHƏ+VİDEO)

Premyer Liqada mövsümün ikinci yarısına start verildikdən sonra keçirilən bəzi oyunlar ciddi hakim səhvləri ilə yadda qaldı. Qeydə alınan qərarların bir çoxu birbaşa oyunun nəticəsinə təsir edən qərarlar idi.

Antalyada təlim-məşq toplanışı keçən hakimlər görünür ki, kifayət qədər təcrübə toplaya bilməyib. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov isə  hər zaman hakimlərini qorumağa çalışır.

Mövsümün ikinci yarısı başladıqdan indiyədək hakimlər vacib görüşlərdə 6 böyük səhvə yol veriblər. Bunların da böyük qismi, demək olar ki, birbaşa oyunun nəticəsinə təsir edən səhvlər idi.

İdmanxeber.com mövsümün ikinci yarısında qeydə alınmış hakim səhvlərinin videogörüntüsünü təqdim edir.

*Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43