Ölkə futbolu

Halldorsson: “Hədəfim “Qarabağ”la Çempionlar Liqasında oynamaqdı”

“Qarabağ”ın yeni transferi Hannes Halldorsson Ağdam klubuna transferindən danışıb.

İdmanxeber.com-un məlumatına görə, klubun mətbuat xidmətinə açıqlama verən İslandiya millisinin qapıçısı bunları söyləyib:

“Qarabağ”a gəldiyim üçün özümü çox yaxşı hiss edirəm. Hansı kluba gəldiyimin fərqindəyəm. Bura gəlməmişdən əvvəl həm klub, həm də Azərbaycan haqqında məlumat toplamışam. Karyeram ərzində dünya və Avropa çempionatlarının final mərhələlərində oynamışam. İndiki hədəfim “Qarabağ”la Çempionlar Liqasında oynamaqdı. Burada da “Qarabağ”ın uğurları üçün əlimdən gələni edəcəyimə əmin olun. “Qarabağ”ın Azərbaycan üçün nə demək olduğunu başa düşürəm. Bu haqda ətraflı məlumatım var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43