Milli komanda

Həkimlər millimizin üzvünə xəbərdarlıq etdi

Azərbaycanın 17 yaşadək yığma komandasının qapıçısı Məmməd Hüseynovun durumuna aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, başındna zədə alan qolkiper Təcili Tibbi Yardım Maşını ilə xəstəxanaya aparılıb.

Müayinədən keçən futbolçunun beyninin silkələndiyi məlum olub. Millimizin baş məşqçisi Təbriz Həsənov bildirib ki, Hüseynov uzun müddət yaşıl meydanlardan kənar qalacaq. Həkimlər qapıçının bir müddət futbolla məşğul olmamasına tapşırıb. 




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43