Dünya futbolu

“Hoffenhaym” baş məşqçisi ilə yeni müqavilə imzaladı

Almaniyanın “Hoffenhamaym” klubu baş məşqçisi ilə “nigah təzələyib”.

Bundesliqa təmsilçisi baş məşqçi Yulian Naqelsmann ilə yeni müqavilə imzalayıb. 29 yaşlı mütəxəssislə sözləşmənin müddəti 2021-ci ilədək uzadılıb.

Qeyd edək ki, gənc məşqçi “Hoffenhaym”ı 2016-cı ildən çalışdırır. Onun rəhəbrliyi altında komanda mövsümü 4-cü pillədə başa vurub və Çempionlar Liqasında iştirak edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43