l Divizion

I Divizionda mart ayının ən yaxşı qolunun müəllifi müəyyənləşdi

Futbol üzrə Azərbaycan I Divizionunda mart ayının ən gözəl qolunun müəllifi müəyyənləşdi.

İdmanxeber.com-un məlumatına görə, idman jurnalistləri, azarkeşlər və Peşəkar Futbol Liqasının əməkdaşları arasında keçirilən sorğunun nəticəsinə əsasən “Səbail”in oyunçusu Orxan Qurbanlının qolu ən yaxşı seçildi.

Məlumat üçün deyək ki, azarkeşlərin seçimində “Səbail”in üzvü Orxan Qurbanlının, jurnalistlərin seçimində isə Raul Yaqubzadənin qolu ən yaxşı adına layiq görülmüşdü. Jurnalistlərlə azarkeşlərin seçimi üst-üstə düşmədiyindən qaydalara əsasən Peşəkar Futbol Liqası səsvermə hüququndan istifadə etdi.  Əməkdaşlar arasında keçirilən sorğunun nəticəsində Orxan Qurbanlı daha çox səs topladı. Beləliklə, Orxan Qurbanlı I Divizionda mart ayının ən yaxşı qolunun müəllifi kimi təsdiqləndi.

Qeyd edək ki, nəzərdə tutulan xüsusi mükafat Orxan Qurbanlıya I Divizionun  XXIV turunun “Zaqatala” – “Səbail” oyunundan öncə təqdim olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Sumqayıt” məğlub oldu, “Zaqatala”dan darmadağın

admin

I divizionda 5-ci turun oyunlarının başlama saatı müəyyənləşdi

admin

“Turan Tovuz”un tarixində ilk dəfə

admin