Ölkə futbolu

İaşvili 77-ci, Spiçiç 78-ci oldu

Premyer Liqanın 7-ci turunda keçirilən “İnter”-“Bakı” matçı “bankirlər” üçün bir sıra statistik göstəricilərlə də yadda qaldı. 

Belə ki, oyunda fərqlənən Aleksandr İaşvili və Matiya Şpiçiç “İnter”in heyətində Azərbaycan Çempionatının qarşılaşamalarında qol vurmaq müəssər olmuş 77-ci və 78-ci futbolçular oldular. Əgər təcrübəli A.İaşvili sayca 8-ci gürcüdürsə, M.Şpiçiç ölkə çempionatında “İnter”in heyətində qol vura bilmiş ilk xorvat oldu.
 
Xatırladaq ki, çempionatın matçlarında “İnter”də hazırda çıxış edən ən yaxşı bombardir Baçana Tsxadadzedir. Onun hesabında 18 qol var.
 
Qeyd etmək lazımdır ki, klubuun tarixində yerli futbolçular istisna olmaqla komandanın heyətində  Belarusdan, Ukraynadan, Serbiyadan, Nigeriyadan, Litvadan, Uruqvaydan, Bolqarıstandan, Çex Respublikasından, Boliviyadan, Latviyadan, Moldovadan, Braziliyadan, Makedoniyadan, Seneqaldan, Toqodan, Konqodan və Xorvatıstandan olan futbolçular fərqlənə bilmişdilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43