İdman

“İlin qalibləri” açıqlandı – Siyahı

İdman Araşdırmalar Mərkəzi (İAM) “İlin qalibləri-2016” layihəsinə yekun vurub.

İdmanxeber.com-un məlumatına görə, “Boulevard Hotel Baku”da baş tutan mərasimdə qaliblərin adları açıqlanıb.

İlin idman xadimi – Kəmaləddin Heydərov (Azərbaycan Boks Federasiyası və Azərbaycan Taekvondo Federasiyasının prezidenti)

İlin futbolçusu – Rəşad Sadıqov (“Qarabağ”)

İlin futbol üzrə baş məşqçisi – Qurban Qurbanov (“Qarabağ”)

İlin futbol üzrə komandası – Azərbaycan millisi

İlin idmançısı – Radik İsayev (taekvondo)

İlin digər idman növlərində baş məşqçisi – Reza Mehmandost (taekvondo yığması)

İlin komandası – taekvondo yığması

İlin əcnəbi idmançısı – Ansi Aqolli (“Qarabağ”)

İlin futbol üzrə mətbuat katibi – Aslan Şahgəldiyev (Peşəkar Futbol Liqası)

İlin digər idman növləri üzrə mətbuat katibi – Pərviz Musayev (Velosiped İdmanı Federasiyası)

İlin fəal meneceri – Vaqif Heydərli

İlin uğurlu KİV layihəsi – AFFA-nın yanında Media Komitəsi

Media ilə sıx və səmərəli əməkdaşlığa görə – Bakı Olimpiya Stadionunun mətbuat katibi Cəmilə Mehdiyeva

Rio-2016 Yay Olimpiya Oyunlarındakı səmərəli fəaliyyətinə görə – Səmayə Məmmədova

İlin fəal operatoru – Anar İbrahimov

İlin jurnalisti – Sərxan Musalı

Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək təşkilatçılığına görə – Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43