Dünya futbolu

İngiltərə millisində ciddi itki

İngiltərə millisinin üzvü Kayl Uoker Qətərdə keçiriləcək dünya çempionatının birinci oyununda iştirak edə bilməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı müdafiəçi Premyer Liqanın 9-cu turunda “Mançester Yunayted”lə oyunda (6:3) zədələndikdən sonra əməliyyat edilib.

Təcrübəli futbolçunun mundialın İrana qarşı keçiriləcək ilk matçında oynamayacağı dəqiqləşib. Onun digər matçlarda komandasına kömək edə biləcəyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43