Ölkə futbolu

İngiltərə çempionatında çıxış edən “Qəbələ”nin sabiq futbolçusu Azərbaycandan danışdı

“Hazırda çıxış etdiyim liqa səviyyə baxımından Azərbaycan və İsveç çempionatını üstələyir”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri İngiltərənin I Liqa (səviyyəcə üçüncü divizion) klubu “Oksford Yunayted”in yeni futbolçusu Rikardinyo debüt etdiyi “Portsmut”la oyundan (3:0) sonra deyib.
 
Britaniya mətbuatına açıqlama verən “Qəbələ”nin sabiq hücumçu ilk matçını 9500 azarkeş izləməsinə belə münasibət bildirib: “Azərbaycanda oynayanda bu cür dəstək görmürdüm. Çünki kiçik şəhəri təmsil edirdik, bu qədər azarkeşimiz yox idi. Onlar yalnız Avropa Liqasının matçlarında, futboldan zövq almaq üçün stadiona gəlirdilər. Burda isə vəziyyət fərqlidir. İnsanlar bizə dəstək olmaq üçün stadiona gəlirlər”.
 
Qeyd edək ki, Rikardinyo 2015-ci ilin fevralından 2017-ci ilin iyununa kimi “Qəbələ”də oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43