Ölkə futbolu

AFFA-dan “Sumqayıt”a 800 manat

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, yığıncaqda Azərbaycan çempionatının I turunda baş verənlər müzakirə olunub.

İlk turda Premyer Liqanın yalnız bir klub cəzalanıb. “Sumqayıt” – “Kəpəz” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün meydan sahibləri 800 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43