İdman

İngiltərə Premyer Liqasında baş məşqçi qovuldu

İngiltərə Premyer Liqasında gözlənilən istefa gerçəkləşib.

İdmanxeber.com-un məlumatına görə, mövsümün ilk 4 matçının hamısında məğlub olan “Kristal Pelas” komandasının rəhbərliyi baş məşqçiləri Frank de Buru postundan qovub. “Ayaks”dan ayrıldıqdan sonra “İnter”lə çalışan orada cəmi 85 gün tab gətirən hollandiyallı mütəxəssis ingilis klubunda isə 75 günə özünü qovdurmağı bacarıb.

Bundan sonra “Kristal Pelas”ı təcrübəli Roy Hodson çalışdıracaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43