Ölkə futbolu

“İnter” daha bir futbolçusu ilə bağlı qərarını verdi

“İnter”in futbolçusu Slavço Georgiyevski daha bir mövsüm “bankirlər”in uğurları üçün tər tökəcək.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Yaponiya və Hindistan klublarından təklif alan Georgievski ilə yeni 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, bundan öncə Bank klubu Baçana Sxadadze, Arif Daşdəmirov, Georgi Lomaya və Laşa Salukvadze ilə yeni müqavilələr bağlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43