Dünyadan

“İnter” hücumçusu ilə müqaviləni daha 2 il uzatdı

İtaliyanın “İnter” klubu hücumçusu Rodriqo Palasio ilə müqavilənin müddətini uzadıb. 

İdmanxeber.com-un məlumatına görə, argentinalı hücumçu bundan sonra daha iki il Milan klubunun ərəfini qoruyacaq. 

Palasio “İnter”lə 2016-cı ilə kimi müqavilə imzalayıb. 

Qeyd edək ki, Palasio bu mövsüm A seriyasında 27 oyunda meydana çıxıb, 12 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43