Ölkə futbolu

“Xəzər Lənkəran”da son xəbər: İkisi bir, biri isə iki oyun buraxacaq

“Xəzər Lənkəran” “Sumqayıt” önünə üç aparıcı futbolçusu olmadan çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Cənub klubunda Deyvid Sakkoni və Rahid Əmirquliyevin ardından Tural Cəlilovun da “ağ-yaşıllar”a kömək edə bilməyəcəyi açıqlanıb.

Hətta Turalın azı iki həftə yaşıl meydanlardan kənar qalması gözlənilir. Onun “Sumqayıt”la çempionat, “Araz-Naxçıvan”la kubok oyununda meydana çıxmayacağı da dəqiqləşib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43