Kateqoriyasız

“İnter” iştirak ərizəsini UEFA-ya göndərdi (SİYAHI)

UEFA Avropa Liqasının I təsnifat mərhələsində çıxış edəcək “İnter” klubu iştirak ərizəsini UEFA-ya göndərib.

İdmanxeber.com-un məlumatına görə, siyahıda 22 futbolçu yer alıb.

Qapıçılar: 1.Georgi Lomaya, 25.Səlahət Ağayev, 96.Elşən Poladov

Müdafiəçilər: 2.Sertan Taşkın, 3.Xuanfran, 4.Laşa Kasradze, 5.Denis Silva Kruz, 18.Mənsur Nəhavəndi, 30.Abbas Hüseynov

Yarımmüdafiəçilər: 6.Slavço Georgievski, 7.Nika Kvekveskiri, 8.Nizami Hacıyev, 13.Mirsahib Abbasov, 19.Mirhüseyn Seyidov, 24.Fuad Bayramov, 39.Elnur Süleymanov

Hücumçular: 9.Sezar Meza Kolli, 11.Rauf Əliyev, 20.Yuri Fomenko, 27.Dieqo Madriqal, 45.İlkin Sadıqov, 99.Bilal Qəmbərov.

Qeyd edək ki, “İnter” iyulun 2-də səfərdə Albaniya təmsilçisi “Laçi”nin qonağı oalcaq. Mövcud qaydalara əsasən təmsilçimiz ilk oyunun start fitinə 24 saat qalmışa qədər əlavə 1 futbolçu da sifariş edə bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43