Ölkə futbolu

“İnter” – “Mladost” matçının başlama saatı müəyyənləşdi

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “İnter” – “Mladost” (Serbiya) matçının başlama saatı dəqiqləşib.  

İdmanxeber.com-un məlyumatına görə, iyulun 6-da “Dalğa Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında ilk oyun iyunun 19-da Serbiyada keçiriləcək. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43