Dünya futbolu

Şeydayevin komandasının oyununda 9 qol vuruldu

Milli komandamızın üzvü Ramil Şeydayevin çıxış etdiyi “Jilina” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, son Slovakiya çempionu bu ölkənin digər klubu “Trençin”lə qarşılaşıb. Görüş Şeydayevin komandasının 3:6 hesablı məğlubiyyəti ilə başa çatıb. Millimizin hücumçusu matçın 46-cı dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, “Jilina” Çempionlar Liqasının II təsnifat mərhələsində Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43