Avropa Liqasının birinci təsnifat mərhələsində Moldovanın “Tiraspol” komandası ilə qarşılaşacaq Bakının “İnter” klubu artıq səfərə yollanıb.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Kaxaber Sxadadzenin komandası “Şerif” İdman Kompleksinin “Kiçik Arena” stadionunda ilk məşqini keçirib.
Məşqə isinmə və qısa məsafələrə qaçışla başlayan futbolçular topla çalışdıqdan sonra taktiki tapşırıqları yerinə yetiriblər.
Qeyd edək ki, “Tiraspo” – “İnter” matçı iyulun 3-də keçiriləcək.