Ölkə futbolu

“İnter” Ruslansız məşq etdi, amma… – RƏSMİ

“İnter” “Qarabağ”la matçın hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, son məşqdə Ruslan Əmircanov iştirak etməyib. Buna səbəb futbolçunun “Neftçi”ylə kubok oyunundan sonra ayağında ağrılar hiss etməsi olub. Lakin Əmircanovun bazar günü “Qarabağ”la oyunda meydana çıxacağı dəqiqdir. 

“Bankirlər”in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov bildirib ki, oyunçunun zədəsi yüngüldü və o, böyük ehtimalla bazar günü “Qarabağ”la oyunda çıxış edə biləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43