Ölkə futbolu

“İnter” – “Tiraspol” matçı canlı yayımlanacaq

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “İnter”in cavabt matçında qarşılaşacağı “Tiraspol”la oyunu canlı yayımlanacaq.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, bu matç İdman Azərbaycanın canlı yayımında olacaq. 

“Şəfa” stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasındakı Moldovadakı matçda “İnter” rəqibinə qalib gəlmişdi – 3:2.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43