Ölkə futbolu

“İnter” və “Neftçi”nin məşqçilərinə 10 oyunluq cəza

15 dekabr 2014-cü il Bakcell U-17 Liqasının “Neftçi” – “İnter” matçı başa çatdıqdan sonra “İnter” klubunun futbolçusu olan Emin Quliyev tribunadan meydançaya daxil olaraq hakimə fiziki təsir göstərmişdir. Bundan başqa “İnter” klubunun baş məşqçisi Arif Əmirxanovla “Neftçi” klubunun seleksiya üzrə məşqçisi Səmədağa Şıxlarov da biri-birinə qarşı fiziki təsir göstərmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:

1. “İnter” klubunun futbolçusu Emin Quliyev hakimə fiziki təsir göstərdiyinə görə 10 oyun cəzalanır (maddə 38.6 ).

2.“İnter” klubunun baş məşqçisi Arif Əmirxanov , “Neftçi” klubunun seleksiya üzrə məşqçisi Səmədağa Şıxlarov biri-birinə qarşı fiziki təsir göstərdiklərinə görə hər biri 10 oyun cəzalanır.Hər iki şəxsin texniki zonaya, stadionun dəhlizinə, soyunub-geyinmə otağına girişinə qadağa qoyulur (maddə 38.5 ), (maddə 10.4 ).

18 dekabr 2014-cü il U-16 Liqasının “Rəvan” – “Xəzər Lənkəran” matçının 78-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 15 №-li futbolçusu Yusif Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

18 dekabr 2014-cü il U-16 Liqasının “Bakı” – “Sumqayıt” matçının 33-cü dəqiqəsində “Bakı” klubunun 7 №-li futbolçusu Samir Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).

21 dekabr 2014-cü il U-14 Liqasının “Şahdağ” (Qusar) – “Xudat” (Xaçmaz) matçında “Xudat” klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

11 dekabr 2014-cü il U-16 Liqasının İOEUGİM (Sumqayıt) – UGİM-1 (Sumqayıt) matçının 48-ci dəqiqəsində İOEUGİM klubunun 17 №-li futbolçusu Əliruslan Əbilov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

20 dekabr 2014-cü il Coca-Cola U-13 Liqasının “Çıraq Qala” (Şabran) – “Şahdağ” (Qusar) matçının 50-ci dəqiqəsində “Çıraq Qala” klubunun 14 №-li futbolçusu İlkin Allahverdiyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 42.1). Oyunun 50-ci dəqiqəsində “Şahdağ” klubunun 8 №-li futbolçusu Süleyman Mikayılov aqresiv hərəkətə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.3).

21 dekabr 2014-cü il Həvəskarlar üzrə Azərbaycan birinciliyinin “Şərur” – “Sabunçu” matçının 70-ci dəqiqəsində “Sabunçu” klubunun 9 №-li futbolçusu Coşqun Süleymanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyunun 82-ci dəqiqəsində “Şərur” klubunun 17 №-li futbolçusu Anar Ağayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1). Oyunun 82-ci dəqiqəsində “Sabunçu” klubunun 95 №-li futbolçusu Elçin Abbasov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43