İdman

“İnter” və “Qəbələ”ni nə qədər azarkeş dəstəkləyəcək?

Bu gün Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində klublarımız növbəti oyunlarını keçirəcəklər. Avroliqada mübarizəni davam etdirən “Zirə” Bakıda, digər 2 komanda – “Qəbələ” və “İnter” isə müvafiq olaraq Polşa və Lüksemburqda növbəti matçına çıxacaqlar.

İdmanxeber.com-un məlumatına görə, hər iki komandamız oyunda dəstəksiz qalmayacaq.

Klubdan əldə etdiyimiz məlumata görə, “İnter”in oyununda 60-a yaxın azərbaycanlı azarkeş olacaq.

“Qəbələ”nin mətbuat xidmətindən verilən məlumata görə isə komandanın oyununda azarkeş sayı nisbətən az – 25 nəfər olacaq. Lakin matçda Azərbaycanın Polşadakı səfirliyinin işçilərinin də olacağı gözlənilir.

Qeyd edək ki, “Fola” – “İnter” matçı saat 21:30-da, “Yagelloniya” – “Qəbələ” matçı isə 22:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43