Ölkə futbolu

“İnter”də imza günü: Bank klubundan ilk transfer – RƏSMİ

UEFA Avropa Liqasında Azərbaycanı təmsil edəcək Bakının "İnter" klubu 4 futbolçusu ilə müqavilə imzalayıb.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Baçana Sxadadze, Georgi Lomaya və Laşa Salukvadze, eləcə də Arif Daşdəmirov daha bir mövsüm "bankirlər"in şərəfini qoruyacaq.

Bundan əlavə Bank klubu “Sumqayıt”da çıxış edən Mirzağa Hüseynpuru rənglərinə bağlayıb.

24 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43